19 fevral 2024 at 09:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85391242
T T
0 Persons

Borel: İordan çayının qərb sahilindəki gərginlik sülhə maneədir

19 fevral 2024 at 09:20
Xəbər kodu: 85391242
Borel: İordan çayının qərb sahilindəki gərginlik sülhə maneədir

Tehran - İRNA - Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi Cozef Borel bu gün (bazar günü) deyib: “İşğal altındakı İordan çayının qərb sahilindəki vəziyyət İsrail və fələstinlilər arasında sülh üçün uzunmüddətli həll yolunun tapılmasına əsas maneədir.”

C. Borel Münhen Təhlükəsizlik Konfransında deyib: “İordan çayının qərb sahili “iki dövlət” həlli yolunda əsas maneədir.”

O, İordan çayının qərb sahilindəki gərginliyə toxunaraq, xəbərdarlıq edib: “Biz daha böyük bir partlayışın astanasında ola bilərik.”

Borel əlavə edib ki, Avropa İttifaqı İordan çayının qərb sahili və Qəzza zolağının da daxil olduğu Fələstin dövlətinin yaradılması üçün “Ərəb planı”nı dəstəkləməlidir.

Sizin rəyiniz

You are replying to: .